http://kolge.wen.ru/mahni/kalp.mp3
Prezident İlham Əliyev Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Məqsəd Azərbaycanda turizmin daha da inkiŞaf etdirilməsi və turizm fəaliyyəti üçün əlveriŞli Şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landŞafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniŞ miqyasda tanıdılmasını təmin etməkdir.
Nazirlər Kabineti 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsinə dair tədbirlər planını hazırlayıb 1 ay müddətində prezidentə təqdim edəcək.
İlham Əliyev 2011-ci ilin turizm ili elan edilməsi təşəbbüsünü irəli sürüb
Yanvarın 14-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. 2010-cu ilin Azərbaycan üçün uğurlu olduğunu, ölkədə aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində inkişaf prosesinin sürətləndiyini deyən Prezident İlham Əliyev bildirib ki, 2010-cu ildə Azərbaycan iqtisadiyyatı 5 faiz artıb, ölkə qarşısında duran vəzifələr yerinə yetirilib. “Bizim məqsədimiz ondan ibarətdir ki, ölkədə çoxşaxəli iqtisadiyyat yaradaq” deyən dövlət başçısı makroiqtisadi vəziyyətin ötən il də sabit qaldığını, əhalinin pul gəlirlərinin 12,3 faiz artaraq inflyasiyanı üstələdiyini, sosial müdafiəyə dəyərli töhfələr verildiyini deyib. Dövlət başçısı qeyd edib ki, ötən il ölkədə yoxsulluğun səviyyəsi 9,1 faiz təşkil edib ki, bu da yoxsulluğun son illər ərzində bir neçə dəfə aşağı düşməsi deməkdir. 2010-cu ildə iqtisadiyyata 15,5 milyard dollar vəsait qoyulduğunu deyən Prezident İlham Əliyev daxili investisiyaların xarici sərmayələri üstələdiyini və investisiyaların böyük bir hissəsinin qeyri-neft sektoruna qoyulduğunu diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, 2010-cu ildə bütün sosial proqramlar uğurla icra edilib, minimum əmək haqqı və pensiyanın baza hissəsi artırılıb, 550 min nəfər ünvanlı sosial yardım alıb, 40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb, 5 olimpiya mərkəzi, mədəniyyət ocaqları və digər sosial infrastruktur obyektləri tikilib və təmir edilib. İnvestisiya proqramında sosial yönümlü layihələrin icrasının 2011-ci ildə də davam etdiriləcəyini deyən Prezident İlham Əliyev ötən il 70 mindən çox yeni iş yerinin açıldığını, onlardan 53 mininin daimi olduğunu, Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramının icrasına başlanandan bu günə qədər ölkədə 900 mindən çox yeni iş yerinin açıldığını bildirib. Neft-qaz sektorunda da bütün vəzifələrin yerinə yetirildiyini deyən dövlət başçısı bildirib ki, ötən il Azərbaycanda 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilib, “Ümid” qaz yatağı aşkarlanıb, hazırda isə Azərbaycanın təsdiq edilən qaz ehtiyatları 2,2 trilyon kubmetr təşkil edir.
Dövlət başçısı ötən il ölkədə güclü nəqliyyat infrastrukturunun yaradılması istiqamətində işlərin davam etdirildiyini, dəniz, hava, dəmir yolu və quru nəqliyyatının inkişafı və yenidən qurulması istiqamətində tədbirlərin görüldüyünü vurğulayıb. Prezident 2011-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin davam etdiriləcəyini və Azərbaycanın bu layihənin icrasına böyük əhəmiyyət verdiyini deyib. 2010-cu “Ekologiya ili” çərçivəsində 6 milyondan çox ağacın əkildiyini deyən dövlət başçısı su təmizləyici qurğuların istifadəyə verilməsi nəticəsində 300 min insanın təmiz içməli su ilə təmin olunduğunu, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildiyini diqqətə çatdırıb.
“Bizim uğurlu inkişafımız gələcək illərdə də davam edəcək” deyən Prezident İlham Əliyev ötən il ölkədə baş verən təbii fəlakətin fəsadlarının uğurla aradan qaldırıldığını, evlərini itirən vətəndaşların yeni mənzillərlə təmin edildiyini deyib. Bildirib ki, 3000-dən çox ev təmir edilib, 1500 ev yenidən tikilib, hazırda 700-800 evin tikintisi davam etdirilir. “Bunu etmək üçün isə güclü iqtisadi potensial lazımdır” deyən Prezident İlham Əliyev Azərbaycanın valyuta ehtiyatlarının artıq 29,4 milyard dollara çatdığını diqqətə çatdırıb. 2010-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmadığını deyən dövlət başçısı bildirib ki, buna səbəb Ermənistanın əvvəlcə razılaşdırılmış məsələlərə yenidən qayıtması, vaxtı uzatmaq və işğal etdiyi torpaqları azad etmək niyyətində olmamasıdır. “Azərbaycan vətəndaşları Dağlıq Qarabağa qayıtmalıdırlar” deyən dövlət başçısı 2010-cu ildə də beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı Azərbaycanın mövqeyinin möhkəmləndiyini deyib. Bildirib ki, Azərbaycan danışıqlar prosesində konstruktivlik nümayiş etdirir və ölkəmizin ərazi bütövlüyünün bərpası qeyd-şərtsiz yerinə yetirilməlidir. Prezident İlham Əliyev ölkədə ordu quruculuğu istiqamətində işlərin davam etdirildiyini, bu sahəyə ayrılan vəsaitin artırıldığını, yeni texnika və silahların alındığını, 2011-ci ildə orduya ayrılan xərclərin 3 milyard dollardan çox olacağını deyib.
Prezident İlham Əliyev ötən il beynəlxalq müstəvidə də uğurlu siyasətin aparıldığını bildirib və qeyd edib ki, Azərbaycan bölgədə əməkdaşlığın genişlənməsinə dəyərli töhfəsini verməkdə davam edir.
İqtisadi inkişaf naziri Ş.Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri E.Rüstəmov, Mədəniyyət və Turizm naziri Ə.Qarayev, Gənclər və İdman naziri A.Rəhimov 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və bu il qarşıda duran vəzifələr haqqında məlumat veriblər. Prezident İlham Əliyev yekun çıxışında bildirib ki, 2011-ci ildə istehlak bazarına nəzarət daha da gücləndirilməli, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməli, inhisarçılıq meyllərinin qarşısı alınmalı, sahibkarlığın inkişafına böyük diqqət yetirilməli, sahibkarlara kreditlərin verilməsi davam etdirilməli və bu sahədə əlavə tədbirlər görülməlidir. Dövlət başçısı 2011-ci ildə vergilər bazasının genişləndirilməsinin vacibliyinə də qeyd edib. Rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatının MDB məkanında birinci olduğunu, insan inkişafı indeksində də ölkəmizin mühüm yerdə dayandığını deyən Azərbaycan Prezidenti bunun ölkəmiz üçün böyük dəyər olduğunu bildirib. “Azərbaycanda biznes mühiti yaxşıdır və adambaşına düşən sərmayənin həcminə görə ölkəmiz mühüm yerdədir ” deyən dövlət başçısı bildirib ki, bu il kənd təsərrüfatının stimullaşdırılması, ərzaq təhlükəsizliyinin təmin olunması, taxıl istehsalının artırılması, böyük fermer təsərrüfatlarının yaradılması ilə bağlı əlavə tədbirlər davam etdirilməlidir. 2011-ci ilin dövlət büdcəsinin xərclərinin 16 milyard dollar olduğunu, icmal büdcənin 19 milyard dollar təşkil etdiyini deyən dövlət başçısı bunun infrastruktur layihələrinin icrasına imkan verəcəyini vurğulayıb.
Ekoloji tədbirlərin bu il ərzində də davam etdirilməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bildirib ki, əhalinin içməli su təchizatının yaxşılaşdırılması əsas məqsəd kimi götürülməli, Xəzər dənizinin suyunun şirinləşdirilməsi ilə bağlı layihənin icrasına və bərpa olunan enerji mənbələrinin yaradılması ilə bağlı verilən tapşırığa diqqət yetirilməlidir. Dövlət başçısı 2011-ci ildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı işlərin davam etdirilməsi, ölkədə kosmik sənayenin yaradılması istiqamətində tədbirlərin görülməsi, orduya ayrılan xərclərin artırılması, müdafiə sənayesi sahəsində yeni müəssisələrin yaradılması ilə bağlı da tapşırıqlarını verib. Bildirib ki, ölkədə quruculuq işləri davam etdirilməli, bayraq meydanının ətrafında abadlıq işləri bu il başa çatdırılmalı, dəniz kənarında yerləşən sənaye zonası ordan çıxarılmalıdır. Dövlət başçısı həmçinin 2010-cu ildə Azərbaycanda əhalinin artaraq 9 milyon 111 min nəfər təşkil etdiyini də diqqətə çatdırıb. Prezident İlham Əliyev bu il müstəqilliyin bərpasının 20 illiyinin təntənə ilə qeyd ediləcəyini, bununla bağlı ölkədə və xaricdə bir sıra tədbirlər keçiriləcəyini deyib. Dövlət başçısı 2011-ci ilin prioritetlərini açıqlayarkən bu ilin turizm ili elan edilməsi təşəbbüsünü irəli sürüb. Bu il Bakıda 5 beşulduzlu otelin açılacağını deyən Prezident bununla yanaşı, regionlarda da bu istiqamətdə işlərin davam edəcəyini vurğulayıb. Dövlət başçısı 2011-ci ilin də ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacağına əminliyini bildirib.
turimimiz goresen bu il nece olacaq?
ReplyDelete